Demokrat.az saytına istinadən ain.az xəbər verir.
Şamaxı rayonunda 1990-cı il təvəllüdlü Hikmət bacısının həyat yoldaşı Şahbaza (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 28-də rayonun kəndlərindən birində baş verib. Hikmət həmin gün saat 23 radələrində kənddə “Talva” adlanan ərazidə şəxsi münasibətlər zəminində qaynı Şahbazın hərəkətlərinə əsəbləşib, onun alt dodaq hissəsinə bir dəfə yumruqla vurub. Hikmətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İttihama münasibət bildirən Hikmət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Şahbazla əvvəllər münasibəti yaxşı olub, aralarında heç bir ədavət, dava və ya mübahisə baş verməyib: “Şahbaz arvadım Südabənin qardaşıdır. O, bir neçə dəfə ailə məsələlərimə müdaxilə edib. Lakin mən həyat yoldaşıma görə bu məsələlərin üstünə getməmişəm. Həmişə ona ailə işlərimə qarışmamasını desəm də, o, buna məhəl qoymayıb və ailə münasibətlərimə qarışmaqda davam edib”. Hikmət qeyd edib ki, 2025-ci ilin sentyabrın 28-də, saat 23 radələrində evində olarkən qaynı Şahbaz votsap sosial şəbəkəsi vasitəsilə ona mesaj yazıb və kənddə yerləşən “Talva” adlı ərazidə söhbət etmək istədiyini bildirib: “Mən də razılaşdım, bir neçə dəqiqə sonra həmin ərazidə görüşdük. Görüş zamanı bir qədər söhbət etdik. Söhbət zamanı Şahbaz mənə bacısını incitməməyimi dedi. Mən isə cavabımda həyat yoldaşımı incitmədiyimi, lakin ailə işlərimə qarışmamasını bildirdim. Bu zaman aramızda yaranan mübahisə zamanı Şahbaz köynəyimdən tutduğu üçün onun üzünə bir dəfə yumruq vurdum. Zərbə onun alt dodağına dəydi və o, yerə yıxıldı. Bir neçə saniyə sonra Şahbaz özünü toparlayaraq yerdən qalxdı. Daha sonra hadisə yerindən çıxaraq evimə qayıtdım. Bir neçə saat sonra Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə və Şamaxı rayon polis şöbəsinə müraciət etdim”.Bu cinayət işinə Şamaxı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb. Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.