Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, 19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirak məqsədilə Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bir qrup etirazçı Vaşinqton şəhərində yerləşən "Waldorf Astoria" mehmanxanasının qarşısında təxribatçı hərəkətlər törədib.
“Unikal” xəbər verir ki, nə zaman ki, regionda Azərbaycanın geosiyasi gücü artıb, dövlətimiz beynəlxalq arenada strateji əhəmiyyətini yüksəldib, eləcə də milli maraqlarımızın təmini üçün addımlar atırıq, analoji proseslər başlayır. Əsasən də ölkəmizə və dövlətimizin başçısına və ailə üzvlərinə qarşı qara piar və açıq təxribat cəhdlərinin kəskin şəkildə artığını görmüşük. Əslində, bu, yeni tendensiya deyil. İndiyə kimi belə çirkli ssenarilərə, sifarişli təxribatlara rast gəlinib. Təbii ki, bu kimi təxribatlar, informasiya hücumları zaman-zaman fərqli mərkəzlərdən idarə olunub. Bəzən Qərb dairələrindən, bəzən də Rusiyanın müəyyən mərkəzlərindən ölkəmizə və onun liderinə qarşı siyasi, diplomatik ənənələrə uyğun gəlməyən, qərəzli və böhtan dolu hücumlar olub.
Təxribata qarşı adekvat təhlükəsizlik tədbiri...

Bununla bağlı rəsmi bəyanat yayan Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfirliyindən bildirildi ki, Prezident korteji mehmanxana ərazisinə yaxınlaşarkən etirazçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd edərək Prezidentin avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər. Bu qrup, həmçinin Azərbaycan rəhbərliyinə qarşı nalayiq ifadələr işlədib. Dövlət başçısının mühafizə olunan nəqliyyat vasitəsinin hərəkətinə maneçilik törədilməsinin və ya fiziki müdaxilə olunmasının ciddi təhlükəsizlik təhdidi yaratdığı nəzərə alınaraq, Prezidentin Təhlükəsizlik Xidmətinin dərhal müdaxilə etməkdən başqa seçimi qalmayıb. Təhlükəsizlik tədbirləri, standart əməliyyat prosedurlarına uyğun olaraq, yalnız təhlükəsizlik və mühafizənin təmin olunmasına yönəlib.
Erməni lobbisi ilə işbirliyi...
Maraqlı detallardan biri də odur ki,Vaşinqtonda fəaliyyət göstərən antimilli ünsürlər ABŞ-dəki şovinist erməni dairələrinin əlaltısı kimi çıxış edir, onların sifarişləri əsasında hərəkət edirlər. Təsadüfi deyil ki, bu qrupun aqressiv və qeyri-etik aksiyasına ilk reaksiya və dəstək ermənilərin ANCA təşkilatı tərəfindən verilib. Amerika Erməniləri Milli Komitəsindən (ANCA) sonra dərhal münasibət bildirənlərdən biri də Azərbaycana qarşı mövqeyi ilə tanınan Frenk Pallone olub. Senator Frenk Pallonenin erməni lobbisi ilə sıx əlaqələrinin olduğu, erməni dairələri tərəfindən dəstəkləndiyi və uzun illər Azərbaycan əleyhinə mövqe sərgilədiyi məlumdur.O da məlum olub ki, aksiyada radikal hərəkətləri ilə diqqət çəkən 02.08.1990-cı il təvəllüdlü Əmrahlı Adil Vüqar oğlu Rusiya Federasiyasının vətəndaşıdır.
Aksiyanın ən fəallarından olan 06.04.1998-ci il təvəllüdlü Yaqublu Rəhim Tofiq oğlu Müsavat partiyasının üzvüdür.Tofiq Yaqublunun oğlu olan Rəhim Yaqublu sonuncu dəfə 20.03.2022-ci il tarixdə Azərbaycanı tərk edərək, Türkiyəyə gedib. Hazırda ABŞ-də yaşayır. Rəhim Yaqublu Azərbaycanda olduğu müddətdə dəfələrlə Rusiya Federasiyasına gedib qayıdıb. 12.07.2018-ci il tarixdə Rusiyaya gedib, 13.08.2018-ci il tarixdə ölkəyə qayıdıb. Onun 8 dəfə Rusiyaya getdiyi barədə məlumatlar var.
Radikal aksiyanın daha bir iştirakçısı, 30.04.1972-ci il təvəllüdlü Abbasov Bəxtiyar Əlövsət oğlu da Rusiya Federasiyasının vətəndaşıdır. Ölkədə olarkən tez-tez Rusiyaya səfərlər edib. Onun təxminən 16 dəfə Rusiyaya gedib-gəldiyi məlumdur. Sonuncu dəfə 12.05.2015-ci il tarixdə Rusiya Federasiyasına məxsus pasportla Azərbaycandan Rusiyaya gedib, uzun müddət orada yaşayıb. AXCP üzvü olub.
Təxribatda Rusiya izi…

Azərbaycanın ABŞ-la daha da yaxınlaşması, Ermənistanla sülh prosesinin rəsmiləşməsinin məhz Vaşinqtonda olması, Prezident İlham Əliyevin oradan verdiyi mesajlar sözsüz ki, Kremli narahat etməyə bilməzdi. Bu səbəbdən də Rusiyadan Azərbaycana və onun liderinə qarşı hər hansı bir formada hücumların təşkil olunması gözlənilən idi. Yəni, Vaşinqtondakı insident təsadüfi aksiya deyildi, əvvəlcədən düşünülmüş, hesablanmış və sifarişli təxribat idi.
Məlumatlara görə, adı çəkilən şəxs Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilib. Rusiyadan AXCP-yə qanunsuz maliyyə vəsaitləri göndərən Saleh Rüstəmovun yaxını olub, uzun müddət pul toplanılmasında onunla birgə iştirak edib. Saleh Rüstəmovun həbsindən sonra elə agentlik etdiyi xüsusi xidmət orqanlarının təlimatına əsasən maskalanıb, Amerikaya göndərilərək orada yerləşdirilib, hazırda ABŞ-də yaşayır.
Aksiyanın daha bir iştirakçısı, 10.10.1995-ci il təvəllüdlü İsayev Xilas Osman oğlu da AXCP üzvüdür. Sonuncu dəfə 27.03.2024-cü il tarixdə Azərbaycandan Türkiyəyə gedib. Hazırda ABŞ-də yaşayır.
Aksiyanın digər iştirakçısı 28.08.1981-ci il təvəllüdlü Ələkbərli Tural Rza oğlu da Azərbaycanda yaşayan vaxt dəfələrlə Rusiyaya səfər edib. Onun 54 dəfə Rusiyaya getdiyi barədə məlumatlar var. Sonuncu dəfə 16.10.2018-ci il tarixdə Azərbaycanı tərk edərək, Rusiyaya gedib. Hazırda ABŞ-də yaşayır.
Azərbaycan xalqı liderinin arxasındadır…
Göründüyü kimi, Azərbaycana və onun liderinə qarşı planlaşdırılan təxribat aksiyasının iştirakçılarının Rusiya ilə sıx əlaqələri mövcuddur. Bu aksiyanın baş verdiyi ərəfədə hansı proseslərin getdiyinə nəzər yetirək. Azərbaycan “Sülh Şurası”nın təsisçi üzvlərindən biri kimi çıxış edir. Bununla Cənubi Qafqazın geosiyasi xəritəsinin, sülh və əməkdaşlıq strategiyasının yenidən formalaşması prosesində əsas fiqur kimi ortaya çıxır. Bundan əlavə, Azərbaycan ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıb. Dövlət başçımız sülh qurucusu kimi beynəlxalq səviyyədə mükafatlandırıldı. Bütün bu proseslər Rusiyanın nəzər diqqətindən kənarda baş verdi. Təbii ki, Rusiyadakı müəyyən dairələr bunu sakit şəkildə qəbul etməyəcəkdi.
Ancaq Azərbaycan xalqı bu cür təxribatların, siyasi şouların fərqindədir. Yəni, istər Rusiyadakı, istər Avropadakı müəyyən dairələrin Azərbaycana qarşı həyata keçirdikləri siyasəti, ölkə rəhbərinin uğurlu gedişlərini həzm etmədiklərinə görə ona və ailəsinə qarşı qara piar kampaniyaları təşkil etmələri qəbul olunmur. Hər kəs bütün bunların bir oyun olduğunu, Azərbaycanın milli maraqlarını hər şeyin fövqündə tutan İlham Əliyevi yolundan döndərə bilməyəcəyini anlayır. Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsində olduğu kimi, sülhə nail olunması, dövlətimizin regional güc mərkəzinə çevrilməsi prosesində də liderinin arxasında dayanmağa və onu bütün hücumlardan, təxribatlardan qorumağa hazırdır.
Unikal Analitik Mərkəzi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.