AZ

Azərbaycanda sirli kompüter istehsalı: Müəmmalı fərqin səbəbi bəlli oldu

Azərbaycanda stolüstü kompüter istehsalı ilə bağlı rəsmi statistik göstəricilər diqqət çəkən ziddiyyət ortaya qoyur.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-avqust aylarında ölkədə 2365 ədəd stolüstü kompüter istehsal edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 40 dəfədən çox artım deməkdir.

Lakin 2026-cı ilin ilk rəsmi göstəriciləri fərqli mənzərə yaradır. Komitənin açıqladığı məlumata əsasən, 2026-cı ilin yanvar ayında cəmi 20 ədəd stolüstü kompüter istehsal olunub. Bu isə ötən ilin eyni ayı ilə müqayisədə 92,3 faiz azalma deməkdir.

Belə kəskin artım və ardınca ciddi azalma sənaye istehsalı üçün qeyri-adi dinamika hesab olunur. Adətən istehsal sahəsində artım mərhələli və davamlı xarakter daşıyır. Bir il ərzində onlarla dəfə artım, növbəti il isə 90 faizdən çox azalma sual doğurur.

Məsələ burasındadır ki, “istehsal” anlayışının özü də dəqiqləşdirilməlidir. Söhbət tam istehsal prosesindən, yoxsa idxal olunan komponentlərin yığılmasından gedir? Statistikada müvəqqəti sifarişlər, dövlət layihələri və ya konkret tenderlər nəticəsində yaranan birdəfəlik həcm artımı əksini tapmış ola bilərmi?

Seçilən
27
publika.az

1Mənbələr