Banco.az saytından alınan məlumata görə, ain.az bildirir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2026-cı ilin yanvar ayında idxal olunan əczaçılıq məhsullarının dəyəri 51 milyon 849 min dollar təşkil edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 4 milyon 537 min dollar və ya 9,6% çoxdur.
Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 2,53%-ni təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin yanvarında Azərbaycan 47 milyon 312 min dollar dəyərində əczaçılıq məhsulları idxal edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.