AZ

İrakli Kupradze: Gürcüstan sanksiyalardan yayınmaqda Rusiyaya kömək edir

BAKI, 25 fevral. TELEQRAF

“Rusiya-Ukrayna müharibəsi başlayandan bəri deyirik ki, Gürcüstan Moskvanın sanksiyalardan yayınması üçün “qara dəlik”ə çevrilməməlidir. Dəfələrlə sübut və məlumat yaydıq ki, Kulevi neft terminalı sanksiya riski altında olan limana çevrilə bilər və bu məsələ artıq gündəmdədir”.

Teleqraf xəbər verir ki, bunu “Güclü Gürcüstan” partiyasının üzvü İrakli Kupradze bildirib.

“Kulevi neft terminalının sanksiya siyahısına düşməsi təəssüf doğuracaq. Bu tip bütün iqtisadi mərkəzlər ölkəmiz üçün vacibdir. Amma bu baş versə və Kulevi neft terminalı sanksiyaya məruz qalsa, məsuliyyət Bidzina İvanişvili, İrakli Kobaxidze, Şalva Papuaşvili, Kaxa Kaladze, həmçinin bunun yalan olduğunu, guya sanksiyaya məruz qalan neftin Kulevi neft terminalı vasitəsilə satılmadığını deyən bütün şəxslər və telekanalların üzərinə düşür.

Son illərin rəsmi statistikasına görə Gürcüstan əsas neft ixracatçılarından birinə çevrilib. Halbuki biz neft istehsal etmirik. Necə oldu ki, neft ixracatçısına çevrildik? Bu suala cavab verilməlidir. Çox sadə: Rusiyadan sanksiyaya məruz qalan yüklər daxil olur və buradan ötürülür, Gürcüstanın milli maraqlarına da zərər dəyir. “Gürcü Arzusu” bununla ölkəyə zərər vurur. Nəticədə Kulevi neft terminalı sanksiyaya məruz qala bilər”.

Qeyd edək ki, Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiya paketinə Gürcüstanın Kulevi limanının da daxil ediləcəyi gözlənilir.

Seçilən
5
teleqraf.com

1Mənbələr