AZ

Avropa Komissiyası Ukraynanın enerji şəbəkəsinin bərpasını dəstəkləyəcək Zelenski

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyası sədri Ursula fon der Leyen ilə Kiyevdə görüşü barədə məlumat verib.

Redaktor.az xəbər verir ki, bu barədə o, öz "Telegram" kanalında yazıb.

Zelenski bildirib: “Ursula fon der Leyen ilə Ukraynanın dayanıqlılığının əhəmiyyətli dərəcədə gücləndirilməsi strategiyasını müzakirə etdik. Avropa Komissiyası Ukraynanın enerji infrastrukturunun bərpasını dəstəkləyəcək”.

Onun sözlərinə görə, Avropa Komissiyası gələcək qış mövsümünə qədər Ukraynanın enerji şəbəkəsinin bərpası və müdafiəsinin gücləndirilməsinə yardım edəcək.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
redaktor.az

2Mənbələr