ain.az, Apasport portalına istinadən məlumat verir.
“Fənərbaxça” heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” “Qalatasaray”ın U19 komandasında çıxış edən Çağrı Hakan Baltanı heyətinə qatıb.
“Fənərbaxça” 17 yaşlı hücumçu üçün qarşı tərəflə 4 milyon TL + gələcək satışdan 10 faiz pay şərti ilə razılığa gəlib.
Türkiyəli forvard İstanbul təmsilçisinin UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Nottingham Forest”lə matçın hazırlıq prosesində iştirak edib.
Qeyd edək ki, Çağrı Balta, “Qalatasaray”ın sabiq üzvü Hakan Baltanın oğludur.

La Liqa klubunda ayrılıq - RƏSMİ
"Fənərbaxça"da 4 ciddi itki
Vinisius qərarını verdi - “Real”da qalacaq
Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
"Fənərbaxça"ya bir" zərbə" də Edersondan
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.