AZ

“Pakistanla Əfqanıstan arasında gərginliyi davamı bölgə ölkələrini narahat edir”

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Fevralın 24-ü günortadan sonra sərhəd bölgələrində Əfqanıstan və Pakistan qüvvələri arasında toqquşmalar baş verib və döyüşlər hələ də davam edir. Əfqanıstan mətbuatının məlumatına əsasən toqquşmalar Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində, Pakistanla sərhəd ərazilərdə baş verib.

Gununsesi.info bildirir ki, yerli mənbələr hər iki tərəfin ağır silahlardan istifadə etdiyini və itkilərin olduğunu bildirib.

Əfqanıstan və Pakistan hökumətləri son toqquşmalarla bağlı hələlik heç bir açıqlama verməyib.

Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu qeyd edib ki, iki ölkə arasında ötən ilin oktyabr və dekabr aylarında da silahlı toqquşmalar olmuşdu.

“O zaman hər iki ölkənin rəsmiləri atəşkəsin pozulmasına görə bir-birini ittiham etmişdilər. Əfqanıstandakı “Taliban” hökumətinin nümayəndəsi iddia etmişdi ki, Pakistan qüvvələri Qəndəhar vilayətinin Spin-Buldak istiqamətində hücuma keçib və buna cavab olaraq Əfqanıstan qüvvələri atəş açıb. Pakistan baş nazirinin sözçüsü Müşərraf Zəyidi isə əksinə, məhz Əfqanıstan qüvvələrinin “səbəbsiz atəş açdığını” və İslamabadın “sərhədinin toxunulmazlığını və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün tam ayıq-sayıq olduğunu” bəyan etmişdi. Pakistan Kabulu “Təhrik-e-Taliban Pakistan” (TTP) kimi silahlı qruplara sığınacaq verməkdə günahlandırır. İslamabad, həmçinin, Əfqanıstanın Bəlucistan Azadlıq Ordusuna da sığınacaq yaratdığını iddia edir. Əfqanıstan tərəfi bu ittihamları rədd edir. Pakistanla Əfqanıstan arasında gərginliyi azaltmaq üçün Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı vasitəçi kimi çıxış ediblər. Ancaq vasitəçilik təşəbbüsləri nəticə verməyib”, -deyə politoloq əlavə edib.

O qeyd edib ki, Əfqanıstanla Pakistan arasında gərginliyin səbəblərindən biri də iki ölkə arasında sərhədin müəyyənləşməməsidir:

“2670 km uzunluğundakı sərhədi 1893-cü ildə ingilis müstəmləkəçiləri müəyyənləşdiriblər. Əfqanıstan “Durand xətti” adlanan sərhədi rəsmi olaraq tanımır. Bu isə öz növbəsində gərginliyə səbəb olur. Pakistan sərhədi keçməyə çalışan müxtəlif silahlı qruplara zərbə endirəndə Taliban bunu Əfqanıstan ərazisinə hücum kimi qiymətləndirir və cavab zərbələri endirir. Taliban döyüşçüləri Pakistan ərazisində müxtəli postları ələ keçirəndə bunu qonşu ölkənin ərazisi kimi qiymətləndirmir.

Pakistanla Əfqanıstan arasında gərginliyi davamı bölgə ölkələrini narahat edir. Bu dövlətlərdən biri də Çindir. Pekin İslamabadla strateji tərəfdaş olmaqla yanaşı Talibanla da sıx əlaqələri var. Çin Talibanın hakimiyyətini ilk tanıyan ölkələrdəndir. Çinin həm Pakistanda, həm də Əfqanıstanda yatırımları mövcuddur. Ona görə də iki ölkə arasında silahlı toqquşmalar baş verdikdə bu Çinin yatırımlarına, o cümlədən Pakistan və Əfqanıstandakı ortaq layihələrinə təhlükə yaradır. Azərbaycan və Türkiyə də Pakistanla Əfqanıstan arasındakı problemlərin danışıqlar yolu ilə həllində maraqlıdırlar. Azərbaycan və Türkiyə Pakistanla strateji tərəfdaş olmaqla yanaşı Talibanla da dialoqları var.

2024-cü ilin avqust ayında Kabildə Əfqanıstan, Özbəkistan və Azərbaycan arasında üçtərəfli danışıqlar olmuşdu. Danışıqlarda Taliban hökumətini sənaye və ticarət naziri, Özbəkistanı sənaye, ticarət və investisiyalar naziri, Azərbaycanı isə iqtisadiyyat nazirinin müavini təmsil edib. Görüşdə regional əməkdaşlıq, ticarət və tranzitin təşviqi və Əfqanıstana sərmayələrin cəlb edilməsi mövzuları müzakirə olunmuşdu. Azərbaycan Əfqanıstandan keçməsi planlaşdırılan nəqliyyat yollarına maraq göstərir. Ancaq Əfqanıstanla bağlı layihələrin reallaşması üçün bölgədə sabitlik lazımdır”.

Firuzə

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
icma.az

2Mənbələr