ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.
AzVision.az xəbər verir ki, “CNN” telekanalının məlumatına görə, Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanşina keçirdiyi brifinqdə belə deyib. Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti ötən ilin sonunda Ukraynanın Novorossiysk şəhərinə endirdiyi zərbələrin Qazaxıstan vasitəsilə həyata keçirilən Amerika investisiyalarına təsir etdiyini bildirib. “Dövlət Departamentindən eşitdik ki, biz Amerika maraqlarına hücumlardan çəkinməliyik. Söhbət məhz ABŞ-nin iqtisadi maraqlarından gedir. Bu, ümumiyyətlə Rusiyanın hərbi və ya enerji infrastrukturuna hücumların qadağan edilməsinə deyil. Biz bunu nəzərə aldıq”, - ukraynalı diplomat bildirib. Səfir qeyd edib ki, Dövlət Departamentinin bəyanatında ABŞ-nin hazırda Ukraynada yox, Qazaxıstanda əhəmiyyətli iqtisadi maraqlarının olduğu vurğulanıb. Xatırladaq ki, ötən il noyabrın sonlarında Ukrayna dronlarının Novorossiysk limanına hücumu nəticəsində infrastruktur, o cümlədən Qazaxıstan neftini Qara dənizə daşıyan əsas boru kəməri zədələndi. Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) əsas səhmdarı isə Amerikanın “Chevron” şirkətidir. Hücumdan sonra Qazaxıstanın neft ixracı əhəmiyyətli dərəcədə azaldı ki, bu da Amerikanın iqtisadi maraqlarına təsir göstərib. Qazaxıstanın Energetika Nazirliyi hadisənin qəbuledilməz olduğunu və qlobal enerji təhlükəsizliyinə təhdid yaratdığını bildirib. Respublikanın Xarici İşlər Nazirliyi isə, qeyd edib ki, XBKK-yə hücumlar Astana ilə Kiyev arasında ikitərəfli münasibətlərə zərbə vurur. Ukrayna Xarici İşlər Nazirliyi, öz növbəsində, Kiyevin hərəkətlərinin Qazaxıstana qarşı yönəlmədiyini və BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə olduğunu iddia edib. XBKK Xəzər regionundan neftin qlobal bazarlara daşınması üçün ən böyük marşrutdur. 1500 kilometrdən çox uzunluğu olan boru kəməri Qərbi Qazaxıstandakı yataqları Novorossiyskdəki dəniz terminalı ilə birləşdirir. Konsorsium Rusiya, ABŞ, Qazaxıstan və bir sıra Qərbi Avropa ölkələrindən əsas yanacaq və enerji şirkətlərini bir araya gətirir. Onun üzvləri arasında Amerikanın “Chevron” şirkəti də var. Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.