AZ

UFC nin “Ağ Ev” turniri üçün xərcləri rekord həddə çatır

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UFC tərəfindən bu il ABŞ-də, “Ağ Ev”in həyətində keçiriləcək turnirin xərclərinin təxminən 60 milyon dollara çatacağı bildirilir.

İdman.Biz xəbər verir ki, bu məbləğ "UFC 306"nın Las Veqasda “Sphere” arenasında təşkil olunan turnirdən təqribən 20 milyon dollar çoxdur.

“Ağ Ev”in həyətində keçiriləcək turnir 14 iyun tarixində planlaşdırılır və ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunacaq. Maliyyə yükünün böyük hissəsi səhnə quruluşu, təhlükəsizlik və logistika xərclərindən ibarətdir. UFC rəhbərliyi tədbirin maliyyələşdirilməsini tam öz üzərinə götürəcəyini açıqlayıb, yəni dövlət vəsaitindən istifadə olunmayacaq.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
2
icma.az

3Mənbələr