AZ

"Könüllülər Koalisiyası" Ukraynaya qoşun göndərmək niyyətini təsdiqlədi

"Könüllülər koalisiyası"na daxil olan ölkələr təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Ukraynaya qoşun göndərmək niyyətlərini təsdiqləyiblər". 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Kir Starmerin ofisi bəyanat yayıb.

Bəyanatda deyilir: ""Könüllülər koalisiyası"nın təhlükəsizlik zəmanətlərinin təmin edilməsində oynayacağı rol bir daha təsdiqləndi, o cümlədən ABŞ tərəfindən dəstəklənən çoxmillətli qüvvə vasitəsilə Ukrayna üçün dəstək nəzərdə tutuldu. Bundan əlavə, ölkələr davam edən sülh danışıqlarını alqışladılar və Rusiyanı danışıqlarda mənalı şəkildə iştirak etməyə və tam və qeyd-şərtsiz atəşkəsə razılaşmağa çağırdılar".

"Könüllülər Koalisiyası" həmçinin Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirmək niyyətini, eləcə də Kiyevə maliyyə dəstəyini təsdiqləyib.

Qeyd edək ki, yanvarın 6-da Parisdə keçirilən "Könüllülər koalisiyası"nın iclasından sonra münaqişə bitdikdən sonra Ukraynaya yerləşdirilə biləcək çoxmillətli hərbi qüvvə yaratmaq niyyətini, eləcə də silah və avadanlıq təchizatı da daxil olmaqla, Ukrayna Silahlı Qüvvələrinə uzunmüddətli dəstəyi davam etdirməyə hazırlığı əks etdirən bəyannamə qəbul edilib.

Aynur Babazadə

Seçilən
6
bakivaxti.az

1Mənbələr