Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
2025-ci ildə iş saatlarının ən çox qeydə alındığı sahə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq olub.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il bu sahələrdə çalışan bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 151,5 saat təşkil edib.
İş saatlarının çoxluğu baxımından növbəti sırada mədənçıxarma sənayesi yer alıb. Bu sahədə çalışan işçilərin orta aylıq işlənmiş iş saatları 147,3 saat olub.
Statistikaya əsasən, emal sənayesində bu göstərici 148,4 saat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 153,4 saat, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə 155,1 saat səviyyəsində qeydə alınıb.
Qeyd edək ki, 2025-ci ildə ölkə üzrə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının ümumi göstəricisi 149,5 saat olub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.