AZ

Trampın bu görüntüləri maraq doğurdu VİDEO

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İtaliyada keçirilən Olimpiya Oyunlarında qalib gələn milli xokkey komandasının oyunçuları ilə  görüşüb.

Globalinfo.az xəbər verir ki, ABŞ lideri mərasim zamanı hücumçu Metyu Tkaçuka qızıl medal təqdim edib və ardınca onu boynuna taxıb.

“İndi mən onu qaytarmıram. Medalı nəyəsə dəyişəcəyəm”, – deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ və Kanada arasında final matçı 2-1 hesabı ilə başa çatıb.

Hücumçu Mett Boldi hesabı birinci hissənin altıncı dəqiqəsində açıb. Kanadalılar ikinci hissənin sonlarında Keyl Makarın qolu ilə hesabı bərabərləşdirə biliblər. Yarımfinalda Slovakiyaya qarşı iki qol vuran Cek Hyuz əlavə vaxtda qələbə qolunu vurub.

Xatırladaq ki, XXV Qış Olimpiya Oyunları 6-22 fevral tarixlərində İtaliyada keçirilib. Ən çox medalı Norveç qazanıb, ardınca ABŞ gəlib, Hollandiya isə üçüncü yeri tutub.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
globalinfo.az

1Mənbələr