AZ

“Biz məsələmizi 30 ildən sonra birdəfəlik həll etdik...”

ain.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

“12 il əvvəl Donetskdə yerli icra stukturu binasının separatçılarla Rusiya xüsusi təyinatlılar tərəfindən birgə zəbt edildiyini müşahidə etdikdə, ukraynalı dostuma şəhərin əldən getdiyini anlatmağa çalışmışdım. O isə məsələnin danışıqlar yoluyla həllinə ümidli idi, Azərbaycanı misal çəkdim. Dostuma söylədim ki, Qarabağda da vaxtilə separatizm belə başlamışdı, silahlandılar, binaları ələ keçirdilər və Rusiyadan aldıqları dəstək sayəsində ərazilərimizi işğal etdilər. Gözümün qarşısında Ukraynada oxşar proses gedirdi, ancaq ukraynalıların bir qismi hələ buna əhəmiyyət vermirdi”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O, bildirib ki, həmin dövrdə Ukrayna Prezidenti ölkədən qaçmış, Kiyevdə hakimiyyət bölgüsü gedir, görüşdüyüm ukraynalı ekspertlər isə Kremlin Krımdan sonra Donbasın da işğalına hazırlaşdığına inanmaq istəmirdilər:

“Donetskdə ikən separatçıların postuna yaxınlaşan Ukraynanın 5 hərbçisinin qətlə yetirildiyini öyrəndim. Bu başlanğıc idi. Rusiyanın Ukraynaya qarşı müharibənin rəsmən başlanmasına hələ 8 il qalsa da, düyməyə basılmışdı. Kiyevə qayıtdıqda Maydanda kiçik qrupların mitinqi hələ davam edirdi, çadırlar da sökülməmişdi. Halbuki, ölkədə baş qaldıran separatizmin rüşeymini məhv etməyə ehtiyac var idi. Biz məsələmizi 30 ildən sonra birdəfəlik həll etdik. Ukrayna da eyni yoldadır, 3 günə Kiyevi işğal edəcəyini düşünən Kreml sahibi müharibədə ilişib qalıb”.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
adalet.az

1Mənbələr