Milli.Az xəbər verir ki, bu xətt Bakının şimal qəsəbələrini mərkəzlə birbaşa birləşdirəcək, gələcəkdə Rəsulzadə qəsəbəsində də dəmir yolu stansiyasının tikintisi planlaşdırılır.
Yerüstü Nəqliyyat Agentliyinin sözçüsü Tural Orucov bildirib ki, tramvay ekoloji cəhətdən təmiz və uzunömürlü nəqliyyat növüdür, istismar müddəti ən azı 50 ildir. Mütəxəssislərin hesablamalarına görə, xətt istifadəyə verildikdən sonra həmin istiqamətdə gündəlik 20 mindən çox avtomobil səfəri azalacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31