AZ

Azərbaycan banklarının gəlirlilik səviyyəsi stabil qalacaq - "Moody’s"

Bakı. Trend:

Azərbaycan banklarının gəlirliliyi stabil səviyyədə qalacaq.

Trend bu barədə“Moody’s” agentliyinə istinadən xəbər verir.

“Moody’s”in son hesabatına əsasən, reytinqə daxil edilmişAzərbaycan banklarında xalis gəlirin maddi aktivlərə olan ortanisbətinin təxminən 2–3 faiz səviyyəsində qalacağı gözlənilir. Bunadayanıqlı xalis faiz marjaları, komissiya və xidmət haqlarındanstabil gəlirlər, həmçinin kredit itkiləri üzrə ehtiyatların nəzarətaltında saxlanılması dəstək verir.

“Son illərdə marjaların artması yüksək gəlirli kreditlərinpərakəndə borcalanlar və kiçik və orta sahibkarlıq subyektləriarasında payının yüksəlməsini əks etdirir. İqtisadi bərpa isə buseqmentlər tərəfindən kredit tələbinin yüksək qalmasınıstimullaşdırır. Bununla belə, Azərbaycan Mərkəzi Bankının faizdərəcələrini azaltması bankların faiz aktivlərinin gəlirliliyiniaşağı saldığı halda, müştərilər uğrunda güclü rəqabət səbəbindəncəlb edilmiş vəsaitlər üzrə dərəcələrin nisbətən sərt qalmasımarjalara təzyiq yarada bilər. Məcburi ehtiyatların artımı isə hələdə yüksək səviyyədə qalan gəlirliliyi müəyyən dərəcədəməhdudlaşdıracaq”, – hesabatda vurğulanır.

Xəbər yenilənəcək

Məqalədə:
Seçilən
12
az.trend.az

1Mənbələr