AZ

Nura özünü 7 dəfə boşanan Seda Sayanla müqayisə etdi

Müğənni Nura Suri özünü türkiyəli ifaçı Seda Sayanla müqayisə edib.

“Yeni Sabah” xəbər verir ki, o, Seda Sayanın evlilik haqqında söhbətini öz sosial media hesabında paylaşıb.

Türkiyəli müğənni videoda bildirib: “O qədər ərə gedib-boşanıb", - deyirlər. Nə etmişəm ki?! Aktyorlar həftədə bir sevgili dəyişirlər. Mən də ərə gedirəm. Gündə bir sevgili dəyişənlər haqqında bəs niyə danışmırsınız?! Ayrılmaq üçün ərə getmirəm, amma alınmır. Ən azı övladımın qarşısına keçib "filankəslə bir evdə yaşamışam", - demirəm, "ərə getdim" deyirəm”.

Nura görüntülərə “Məni deyir” şərhini verib.

Seda Sayan 7 dəfə boşanıb. 1 dəfə nişanlanıb və 3 il müğənni Mahsun Kırmızıgüllə sevgili olub. Nura Suri isə 3 dəfə boşanıb.

Aydan Hacı  


Telegram kanalımız
Seçilən
4
yenisabah.az

1Mənbələr