Bakı. Trend:
Azərbaycanın bank sektorunda maliyyələşmə və likvidlik sabitqalacaq.
Trend bu barədə“Moody’s” agentliyinə istinadən məlumat verir.
Agentliyin analitikləri qeyd edirlər ki, Azərbaycan banklarıəsasən müştəri depozitləri hesabına maliyyələşir. 2025-ci ilindekabr ayına olan məlumata görə, depozitlər illik müqayisədə 1,4faiz artaraq bankların ümumi öhdəliklərinin təxminən 77 faizinitəşkil edib.
“Azərbaycanda xarici valyutada olan depozitlərin payı 2025-ciilin dekabr ayının sonuna 37 faiz olub. Bu göstərici 2022-ci ilinsonundakı 48 faizlə müqayisədə azalıb (2016-cı ildə 70 faizdən çoxidi). 2025-ci ilin dekabr ayının sonuna bank sektorununaktivlərinin təxminən 41 faizi likvid olub — buraya nağd vəsait vəonun ekvivalentləri, digər banklardakı vəsaitlər, həmçinin dövlətvə kvazi-dövlət isitiqrazlarına yatırımlar daxildir ki, bu daxarici şoklara qarşı etibarlı bufer formalaşdırır”, - deyəhesabatda qeyd olunur.
Xəbər yenilənəcək