AZ

Özü Bakıda həbsdə, Ermənistanda kampaniya aparır – TƏHLÜKƏ

Qarabağdan gedən yeddi ailəyə Ermənistanın Tatev icmasında kənd təsərrüfatı məqsədilə torpaq verilib.

Musavat.com erməni mediasına istinadla xəbər verir ki, onlara torpaq Bakıda 20 illik həbsə məhkum edilmiş Ruben Vardanyanın ailəsi tərəfindən hədiyyə olunub.

Halidzorda yaşayan Lyusvard Ohanyan məlumatı təsdiqləyrək deyib: “Hətta Bakıda həbsdə olsa belə, o, xalqı haqqında düşünməyə davam edir”.

Bu fakt göstərir ki, həm Vardanyan ailəsinin əlində böyük pullar var, həm də həbsdə ola belə, özü haqda Qarabağı tərk edən ermənilərdə müsbət imic yaratmağa çalışır. Demək, Vardanyan azadlıqda olsa, Ermənistanda “artsax uğrunda mübarizə” adı ilə daha böyük kampaniya başlada, yenə bəd əməllərlə məşğul ola bilər. Bu da sülhə təhlükə yaratmaqla yanaşı, Rusiyanın, revanşistlərin maraqlarına uyğundur…

Qarabağdan

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a açıqlamasında Vardanyanın digər erməni məhbuslardan təsnifatlaşdırıldığını qeyd edib.

Onun sözlərinə görə, Vardanyanın həbsə qədər fəaliyyəti təbliğ olunub və bir milyarder kimi tanınıb:

“Bu gün də ermənilər onu digərlərindən ayırır, gah xeyriyyəçi, gah vətənpərvər kimi qələmə verir. Hərçənd hamısı cəfəng piardır. Əgər Vardanyan erməni xalqının qayğısına qalsaydı, Qarabağa gələrək mifik rejimə və separatizmə dəstək verməzdi. İndi də onun ailəsi əldə olan vəsaitlə reklam aparır, Vardanyanı da məzlum kimi göstərməyə çalışır. Halbuki onun Donbasda da separatizmə dəstək verdiyi, ABŞ və Rusiyada gizli əlaqələrlə cinayətkar fəaliyyət göstərdiyi təsdiq olunub. Ona görə də bu adam çox təhlükəlidir. Təsəvvür edin ki, Ermənistana təhvil verilsə, hansı destruktiv işlərə başlayar. Əminəm ki, yenidən separatçıları təşkilatlandıracaq, avantürüst bəyanatlar verib özünü ermənilərə lider kimi sırımağa çalışacaq. Ona görə də cəzasını çəkməlidir”.

deputat

Ç. Qənizadə vurğulayıb ki, onu Rusiya üstümüzə göndərmişdi və xain ssenari faş olundu:

“Barəsində hökm oxunan digər erməniəsilli şəxslər hərbi canilərdi, amma Vardanyan həm də Rusiyanın Qarabağa atdığı emissarı idi. Onun milyardları vardı və erməni separatizmini körükləyirdi. İndi də Qarabağdan gedən ermənilərə torpaq paylanması gələcək plan üçün piardır. Vardanyan ümid edir ki, həbsdən çıxacaq və İrəvanda əməllərini davam etdirəcək. Azərbaycan ona bu şansı daha verməyəcək. Ümumiyyətlə, Ruben Vardanyanın Rusiya vətəndaşlığından dərhal və “necəsə” rahatlıqla çıxa bilib Qarabağa keçərək separatçı rejimdə “vəzifə”yə yiyələnməsində “Moskva əli”, həmçinin özünün və başqalarının çirkli kapitalı ilə Qərb sanksiyalarından yayınmaq cəhdi, ardınca İrəvanda hakimiyyətə gəlmə ambisiyaları kimi böyük geosiyasi oyunlar dayanırdı”.

Seçilən
3
editor.az

1Mənbələr