AZ

Almatıda Azərbaycan və Qazaxıstan diplomatları arasında görüş keçirilib

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

"Far.Az" xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin Almatıdakı nümayəndəliyinin "Facebook" səhifəsində məlumat verilib.

Məlumata görə, fevralın 24-də Almatıda Qazaxıstan XİN-in Almatı şəhərindəki nümayəndəliyinin rəhbərinin müavini Rəşid Yerişevlə Azərbaycan Respublikası səfirliyinin Almatı şəhərindəki nümayəndəliyinin rəhbəri Vüsal Əliyev arasında görüş keçirilib.

"Yerişev azərbaycanlı diplomatı vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Tərəflər qarşıdakı tədbirlər barədə məlumat mübadiləsi aparıb və əməkdaşlıq perspektivlərini müzakirə edərək, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda tərəfdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsində qarşılıqlı marağı təsdiq ediblər", - məlumatda qeyd olunub.

Seçilən
13
3
far.az

4Mənbələr