AZ

Papuaşvili: 105 il əvvəl olduğu kimi, bu gün də beşinci kolon təsirli müdaxilə vasitəsidir

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Tbilisi, 25 fevral, AZƏRTAC

105 il əvvəl olduğu kimi, bu gün də xarici maraqlara xidmət edən "beşinci kolon" təsirli müdaxilə vasitəsi olaraq qalır. 25 fevral tariximizdə faciəli bir gündür və hələ də dərs çıxarmalıyıq.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili 1921-ci fevralın 25-də XI Qızıl Ordunun Tbilisini ələ keçirməsi ilə əlaqədar sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, müstəqillik tarixi bir epizod deyil, daimi bir məsuliyyətdir. Bu məsuliyyəti yerinə yetirməyənlər sonda dövlətlərini itirəcəklər: “25 fevral 1921-ci ildə Rusiyanın XI Ordusu Tbilisini ələ keçirdi və Gürcüstan dövlətçiliyini zorla boğdu. Demokratik respublika Sovet respublikasına çevrildi. Gürcüstan 70 il ərzində yeni bir ideologiyanın və Qırmızı İmperiyanın əsirliyində qaldı", - deyə Papuaşvili vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

2Mənbələr