AZ

Rusiyada niqab və üzü örtən geyimlər QADAĞAN EDİLİR – Cərimələr MÜƏYYƏNLƏŞDİ

Rusiya Dövlət Dumasına küçədə üzü bağlamağı qadağan edən qanun layihəsi təqdim edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın Dövlət Dumasına niqab və üzü örtən hər hansı digər geyimlərin geyinilməsini qadağan edən yeni qanun layihəsi təqdim olunub.

Qaydanı pozanlar üçün 30 min rubla (təxminən 670 manat) qədər cərimə nəzərdə tutulur.

Bildirilir ki, bu sərt tədbir terrorçulara və narkotik vasitələrin gizli satışı ilə məşğul olanlara (“zakladçiklərə”) qarşı yönəlib.

Eyni zamanda, qanunda xidməti fəaliyyət və kəskin hava şəraiti ilə əlaqədar istisnalar da nəzərə alınıb.

Deputat Obuxovun sözlərinə görə, şəxsiyyəti müəyyənləşdirməyə imkan verməyən dərəcədə üzü bağlı halda ictimai yerlərdə olmaq vətəndaşlar üçün 10 min rubldan (təxminən 220 manat) 15 min rubla (təxminən 335 manat) qədər inzibati cərimə ilə nəticələnəcək.

Qaydanın təkrar pozulması isə artıq 15 min rubldan (təxminən 335 manat) 30 min rubla (təxminən 670 manat) qədər cərimə ilə cəzalandırılacaq.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
1
interpress.az

1Mənbələr