AZ

Keçmiş məcburi köçkün: Biz 33 ildir bu günü gözləyirdik 

Biz 33 ildir bu günü gözləyirdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bugünkü sevinci bizə yaşadan Prezidentimizə cansağlığı arzulayıram.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəbrayıl rayonunun Horovlu kəndinə qayıdan keçmiş məcburi köçkün Aidə Məmmədova söyləyib.

O deyib: "Bu gün mənim oğlum doğma yurduna köçür. O, məcburi köçkün düşəndə 7 yaşı var idi. İndi isə şükür Allaha ki, ailəsi və övladı ilə birlikdə öz doğma yurduna qayıdır. Şükür ki, o torpaqları görmək bizə nəsib oldu".

Seçilən
26
5
azerbaijan-news.az

6Mənbələr