Axar.az bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, Elgizin ARB-də yayımlanan "Elgizlə izlə" verilişi canlı yayımlandığı üçün artıq dayandırılıb. Tarix Əliyevə isə (Speys TV) bu həftədən canlı efir qadağan edilmişdi, ona görə əvvəlcədən verilişlər hazırlanıb. O verilişlər həftə sonuna qədər tamamlanacaq və Tolik cümə günü tamaşaçıları ilə sağollaşacaq.
Həmçinin vurğulanıb ki, Zaur Nəbioğluna (ATV) şiddətli töhmət verilib və efirə çağırılan qonaqların seçimi bundan sonra daha diqqətlə aparılacaq.
Redaksiyanın sorğusuna kanalların heç birindən cavab verilməyib. Tarix Əliyev aparıcısı olduğu verilişin prodüseri isə bu mövzuda danışmaq istəmədiyini açıqlayıb.
Qeyd edək ki, son vaxtlar efirlərdə aşağı səviyyəli və etik normaların pozulması ilə gedən müzakirələr, efirin həddən artıq bayağılaşması ciddi narazılıqlara səbəb olub.