ABŞ Prezidenti Donald Tramp Konstitusiyada iki müddət məhdudiyyəti olmasına baxmayaraq, üçüncü dəfə namizədliyini irəli sürmək ehtimalına yenidən işarə edib...
Poliqon xəbər verir ki, Konqresdə çıxışı zamanı Tramp hazırkı səlahiyyət müddəti barədə danışarkən "Beləliklə, ikinci müddətimin ilk ilində" ifadəsini işlədib, daha sonra isə əlavə edib: "Əslində bu, mənim üçüncü müddətim olmalı idi. Amma qəribə şeylər baş verir".
Tramp və tərəfdarları 2020-ci il prezident seçkilərinin, Co Baydenin qalib gəldiyi səsvermənin "oğurlandığını" sübut təqdim etmədən iddia etməyə davam edirlər. Müxtəlif instansiyalardakı məhkəmələr kütləvi saxtakarlıqla bağlı iddiaları sübut çatışmazlığı səbəbindən daha əvvəl rədd edib. Siyasətçi daha əvvəl də 2028-ci il seçkilərində iştirak ehtimalını istisna etməmişdi.
ABŞ Konstitusiyasına 22-ci düzəliş prezidentin vəzifədə iki müddətdən artıq qalmasını açıq şəkildə qadağan edir. Bu düzəliş 1951-ci ildə Franklin Ruzveltin dörd dəfə prezident seçilməsindən sonra ratifikasiya olunub və iki dəfədən artıq seçilməyə qadağa tətbiq edir.
Trampın üçüncü müddətlə bağlı açıqlamaları ilk dəfə deyil səslənir. Lakin hazırda belə ssenarinin həyata keçirilməsi üçün hüquqi mexanizm mövcud deyil.
Eyni zamanda, Amerika KİV-ləri yazır ki, Tramp 2028-ci il seçkiləri üçün özünə varis hazırlayır və bu məsələni müşavirləri ilə daha fəal müzakirə edir. Axios nəşrinin məlumatına görə, Tramp Respublika Partiyasının 2028-ci ildə prezident postuna namizədlər siyahısına kimin başçılıq etməli olduğu ilə bağlı sualları getdikcə daha tez-tez gündəmə gətirir.
Poliqon.info