ain.az, Adelet.az portalına istinadən məlumat verir.
Elə adamlar var ki, əlinə pul gələndən sonra dəyişir. Daha doğrusu, varlanandan bir azca keçən kimi gözü ayaqlarınin altını görmür. Hətta ən çətin gündə ona kömək edən adama belə yuxarıdan aşağı baxır, saymır.Bernad Şounun gözəl bir deyimi var: " Pul insanı korlamır, sadəcə onun kim olduğunu göstərir.
Və bir də əsli- kökü olan adamlar nə qədər varlansalar da , heç vaxt dəyişmirlər, əksinə bir qədər də sadə və səxavətli olurlar. Mən yadıma bir hadisə düşur. Ötən əsrin 90-cı illərində İmişlidə pambıq zavodunun direktoru vardı: Məmi Atakişiyev.Çox alicənab, mərd , səxavətli və vətənpərvər bir ziyalı idi. Hər gün onun yanına maddı köməklik üçün yüzlərlə adam gəlirdi.
Onların arasında şəhid ailələri, qazilər , məcburi qaçqın və köçkünlər, xəstə adamlar daha çox idi. O böyük insan qəbula gələnləri təbəssümlə , sevgi ilə qarşılayar, kömək edər, bir adamı diqqətdən kənar qoymazdı.Bir dəfə olsun belə kömək istəyən adamlara alnın turşutmadı.Hamı da bu mehriban və səmimi insana yaxşılığına görə dualar edir, ölənlərinə rəhmət oxuyardı.
Onun kimi çoz Pambıq Zavodların direktoru vardı.Amma onlar Məmi müəllim kimi deyildi.Bunu biz demirik . O bölgədən olan bütün insanlar danşırlar. Və o yaxşılıq heç kəsin yadımdan çıxmayıb! Xeyirxah işlərinə görə bu gün də hamı ona dua edir.Bu hadisəni ona görə yada saldım ki, pul əsli- kökü olan adamları dəyişdirmir. sadəcə pul görməmişlərin kim olduğunu göstərir!!!
Emil FAİQOĞLU
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.