AZ

Bir ayda 8 milyona yaxın tibbi xidmət göstərilib

TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2026-cı ilin yanvar ayı ərzində ümumilikdə 2 265 488 müraciət qeydə alınıb. 

“Cebheinfo.az” xəbər verir ki, bunlardan 48 553-ü stasionar, 2 216 935-i ambulator olub. 2025-ci ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 8 % artım qeydə alınıb. 

Yanvar ərzində göstərilən xidmət sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, ay ərzində 7 727 958 tibbi xidmət göstərilib. Onlardan 1 074 206-sı stasionar, 6 653 752-si ambulator olub. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10 % artıb. 

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Müvafiq dövr ərzində 3 426 087 sayda laborator müayinələr aparılıb ki, onların da 568 323-ü stasionar, 2 857 764-ü ambulator olub. 

Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2025-ci il ilə müqayisədə 12 % artım qeydə alınıb.

Seçilən
0
9
cebheinfo.az

10Mənbələr