AZ

Norveçli futbolçu UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib

Yens Petter Heuqe UEFA Çempionlar Liqasında norveçli futbolçular arasında yeni rekord müəyyənləşdirib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, "Budyo Qlimt"in hücumçusu cari mövsümdə turnirdə 6 qol vurub.

Bu, Norveç klubunun heyətində bir mövsümdə vurulan ən çox qol kimi tarixə düşüb. "Tottenhem" (İngiltərə) və "İnter"in (İtaliya) qapısına iki dəfə yol tapan futbolçu "Borussiya" (Dortmund, Almaniya) və "Mançester Siti" ilə oyunlarda (İngiltərə) bir dəfə fərqlənib.

Qeyd edək ki, "Budyo Qlimt" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "İnter"i iki oyunun nəticəsinə (3:1, 2:1) görə mübarizədən kənarlaşdıraraq 1/8 finala vəsiqə qazanıb. Norveç təmsilçisi növbəti mərhələdə "Mançester Siti" – "Sportinq" cütünün qalibi ilə qarşılaşacaq.

Seçilən
11
1
far.az

2Mənbələr