AZ

Səfir: ABŞ Novorossiysk limanına zərbəyə görə Ukraynaya diplomatik xəbərdarlıq göndərib

ABŞ Dövlət Departamenti Ukrayna hökumətinə Qara dənizdə onun maraqlarına toxunan obyektlərə zərbələrdən çəkinmək tələbi ilə bildiriş göndərib.

"Report" CNN-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina brifinq zamanı bildirib.

"Biz eşitdik ki, Ukraynanın Novorossiyska hücumları Qazaxıstan vasitəsilə həyata keçirilən bəzi ABŞ investisiyalarına təsir edib. Dövlət Departamentindən bildirilib ki, ABŞ-nin maraqlarına hücumlardan çəkinməliyik", - o deyib.

Bununla yanaşı, onun sözlərinə görə, ABŞ Kiyevə ümumilikdə Rusiyanın hərbi və enerji infrastrukturuna hücumlardan çəkinməyi təklif etməyib.

"Bu, məhz orada ABŞ-nin iqtisadi marağının zərər görməsi faktı ilə bağlı idi. Biz bunu nəzərə aldıq", - səfir deyib.

2025-ci ilin noyabr ayının sonunda Ukrayna pilotsuz uçuş aparatları Novorossiysk limanına hücum edərək, böyük investoru ABŞ şirkəti "Chevron" olan Xəzər Boru Kəməri Konsorsiumunun əsas infrastrukturuna ziyan vurub.

Seçilən
12
far.az

1Mənbələr