AZ

Dünya Bankı Azərbaycanın “Qadınlar, Biznes və Hüquq 2026” indeksi üzrə göstəricilərini açıqladı

Bakı. Trend:

Dünya Bankının “Qadınlar, Biznes və Hüquq 2026” (Women, Businessand the Law 2026 ) hesabatına əsasən, Azərbaycan hüquqi bazaindeksi üzrə 72,18 bal toplayıb, dəstəkləyici tədbirlər indeksi47,58, qanunların icrasının qavranılması indeksi isə 59,12 təşkiledib.

Trend xəbər verirki, Dünya Bankının məlumatına görə, aparılan araşdırmalar artıqAzərbaycanda konkret islahatların həyata keçirilməsi ilənəticələnib.

“Hesabatın “Qadınlar, Biznes və Hüquq 2026” məlumatları dünyaüzrə qanunvericilikdə genişmiqyaslı dəyişiklikləri stimullaşdırıb.Məsələn, Azərbaycanda hesabatın nəticələri Əmək Məcəlləsinə ediləndəyişikliklərə gətirib çıxarıb və bu dəyişikliklər qadınlarınməşğulluğu sahəsində mövcud olan 674 məhdudiyyətin aradanqaldırılmasını təmin edib”, – deyə hesabatda bildirilir.

Qeyd edək ki, “Qadınlar, Biznes və Hüquq 2026” hesabatında ilkdəfə olaraq yalnız dünya iqtisadiyyatlarında qanunların bərabərliksəviyyəsi deyil, həm də onların tətbiqinin effektivliyiqiymətləndirilir. Nəticələr formal hüquqi bərabərliklə realnəticələr arasında qlobal miqyasda ciddi fərqin mövcud olduğunugöstərir.

Orta hesabla iqtisadiyyatlar qadınların iqtisadi bərabərliyinidəstəkləyən qanunları ölçən indeks üzrə 100 mümkün baldan 67 baltoplayır. Lakin bu göstərici qanunların icrası qiymətləndirildikdəorta hesabla 53 bala, hüquqların həyata keçirilməsi üçün zərurisistemlərin yetərliliyinin təhlili zamanı isə 47 bala qədərazalır.

“Hətta gender bərabərliyini təmin edən qanunların mövcud olduğuhallarda belə, qadınlar çox vaxt öz hüquqlarını həyata keçirməküçün institusional dəstəkdən məhrum qalırlar. Məhkəmələr,tənzimləyici orqanlar və inzibati sistemlər qoruyucu mexanizmlərinreal təsir göstərməsi üçün həddindən artıq zəif, kifayət qədərmaliyyələşdirilməmiş və ya parçalanmış ola bilər. Bunun nəticələriyalnız ədalət məsələsi ilə məhdudlaşmır. Qlobal iqtisadi artımınzəiflədiyi və demoqrafik təzyiqlərin artdığı şəraitdə qadınlarıniqtisadi həyatdan kənarda qalması təkcə ədalətsiz deyil, həm dəqeyri-səmərəlidir. Çoxsaylı tədqiqatlar göstərir ki, qadınlarişlədikdə, idarəetmədə iştirak etdikdə və innovasiyalar tətbiqetdikdə iqtisadiyyatlar daha məhsuldar olur, şirkətlər dahaeffektiv fəaliyyət göstərir, cəmiyyətlər isə daha dayanıqlı olur”,– hesabatda qeyd edilib.

Dünya Bankı vurğulayır ki, gender inklüzivliyi əmək bazarlarınıgücləndirir, məhsuldarlığı artırır və iqtisadi dinamikanıstimullaşdırır. Qadınların iqtisadi iştirakının genişləndirilməsiyalnız sosial məqsəd deyil, həm də iqtisadi zərurətdir:

“Bu, dünyanın bəzi regionlarında, məsələn Cənubi Asiyadaiqtisadi potensialın artırılması üçün ən effektiv strategiyalardanbiri ola bilər.”

Məqalədə:
Seçilən
2
1
az.trend.az

2Mənbələr