AZ

Audiovizual Şura, bəlkə bəsdir Video

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Audiovizual Şuraya və sənət adamlarına səslənib.

Axşam.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

"Sənət adamları, etirazınızı bildirin: efirə, aparıcılara, redaktorlara və prodüserlərə. Mənə yazıb zəng edirsiniz ki, "sənə halaldır". Onlar mənə lazım deyil. Etirazınızı özünüz bildirin.

Gözəl dövlətdə yaşayırıq və buna görə borclu olduğumuz şəxslər var. Lakin musiqimiz günü-gündən bərbad vəziyyətə qalır. Efir biabırçılıqdır.

Müraciət edəndə hörmətlə, söyüşsüz və təhqirsiz edin. Məsələn, Tarix Əliyevlə Səidə Sultan arasındakı mübahisəni pis qarşıladım. Etirazınızı normal şəkildə bildirə bilərdiniz. İnsanı təhqir etmək, onu alçaltmaq, şərəf və ləyaqətinə toxunmaq olmaz. Hansısa səhvi varsa, bunu başına vurmaq düzgün deyil.

Biz pis verilişlərə görə etirazımızı bildiririk. Audiovizual Şura, bəlkə bəsdir, yetər?".

Qeyd edək ki, son günlər sənət adamları bir neçə verilişdə bayağı mahnı ifaçılarının gündəmə gətirilməsinə etiraz edib. Müğənni Səidə Sultanın başladığı etiraza bir çox sənətçi qatılıb. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
2
axsam.az

3Mənbələr