AZ

"İnter"in baş məşqçisi "Bodo-Qlimt"ə məğlubiyyətdən danşdı

style='margin-bottom:10px;'>

"İnter"in baş məşqçisi Kristian Kivu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Bodo-Qlimt"ə 1:2 hesablı məğlubiyyəti şərh edib.

QOL.az xəbər verir ki, rumıniyalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında komandasının əlindən gələni etdiyini bildirib:

“Yaxşı təşkilatlanmış komandaya qarşı çox çalışdıq. Hesabı aça bilmədik və bu, psixoloji baxımdan rəqibə üstünlük verdi. Futbolçularımın oyununa iradım yoxdur – sona qədər mübarizə apardılar. Növbəti mərhələyə yüksəlmək istəyirdik, amma alınmadı. Rəqibi təbrik etmək lazımdır. Həm nəticə, həm də turnirlə vidalaşmaq bizi məyus edir. Bəlkə də ilk qolu biz vursaydıq, oyunun axarı fərqli olardı. “Bodo-Qlimt” intizamlı müdafiə olundu və matça nəzarət etdi. İkinci hissədə gücümüz çatmadı və iki qol buraxdıq”.

Qeyd edək ki, iki oyunun cəminə görə 2:5 hesabı ilə uduzan Milan təmsilçisi turnirlə vidalaşıb. Norveç klubu isə tarixində ilk dəfə Çempionlar Liqasının 1/8 finalına yüksəlib. “Bodo-Qlimt” növbəti mərhələdə "Mançester Siti" və ya "Sportinq"lə üz-üzə gələ bilər.

Seçilən
12
2
teleqraf.com

3Mənbələr