AZ

Trampdan düşmənlərinəHƏDƏ

ABŞ prezidenti Donald Trump Konqresdə çıxışı zamanı bildirib ki, ABŞ düşmənlərinə qorxu aşılayır.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

“Düşmənlərimiz qorxu içindədir. Silahlı qüvvələrimiz və polisimiz tam heyətlə komplektləşdirilib”, – deyə ABŞ lideri vurğulayıb.

Donald Trump qeyd edib ki, ölkəsi yenidən dünya miqyasında böyük hörmət qazanıb və bu hörmətin bəlkə də indiyədək heç vaxt olmadığı qədər yüksək səviyyədə olduğunu bildirib.

ABŞ prezidenti çıxışında daha əvvəl səsləndirdiyi fikirlərə də toxunub. O, bir müddət daha az ön planda olan siyasi fiqura çevrilmək istədiyini deyib. Trump bununla bağlı ABŞ-nin keçmiş prezidentləri – Abraham Lincoln və John F. Kennedy – xatırladaraq, onların sui-qəsd nəticəsində həyatlarını itirdiklərini bildirib. O, özünə qarşı da atəş açıldığını xatırladıb.

ABŞ liderinin sözlərinə görə, “dəli atıcılar” adlandırdığı şəxslər adətən ölkə üçün mühüm əhəmiyyət daşıyan prezidentləri hədəf alırlar. Bu səbəbdən o, müəyyən müddət “adi prezident” kimi fəaliyyət göstərmək, daha sakit və təmkinli siyasət yürütmək niyyətində olduğunu vurğulayıb.

Nuriyyə NATİQQIZI

Seçilən
4
1
redaktor.az

2Mənbələr