AZ

Azərbaycanın taxıl şirkəti səhmdarlarına dividend verəcək

2 mart 2026-cı il saat 11:00-da “Beyləqan-Taxıl” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçirəcəkdir.

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Yığıncaqda 2025-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin illik yekunlarının müzakirəsi. 2. Mənfəət və zərərlər haqqında hesabatın və ilin yekununa görə səhmdarlara dividendin verilməsinin müzakirəsi.

Ünvan Füzuli rayonu, Horadiz qəsəbəsi, Q.Namazəliyev küçəsi 1-dir.

Xatırladaq ki, “Beyləqan-Taxıl” ASC 1999-cu ildə yaradılıb, nizamnamə kapitalı 144 794 manatdır və qanuni təmsilçisi Qorxmaz Abdullayevdir.

Seçilən
1
2
banker.az

3Mənbələr