AZ

ABŞ müdafiə nazirindən pizza taktikası ilə bağlı zarafat: Düşməni çaşdırmaq planı

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

ABŞ-nin hərb naziri Pit Heqset zarafatla öz qurumunun istənilən gün "pizza indeksi" adlanan məbləği süni şəkildə şişirdə biləcəyini deyib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə o, "Fox News" telekanalının efirində danışıb.

Heqset bu şəkildə sosial şəbəkələrdə məşhur olan "hərbi əməliyyatların proqnozlaşdırılması" metodu barədə fikirlərini ifadə edib.

"Mən bu metod haqqında məlumatlıyam. Sadəcə, yeməkxanaya getməyi düşünmürdüm, təsadüfi gecələrdə, sadəcə olaraq, çox sayda pizza sifariş etməyi düşünürdüm ki, hamını çaşdırım. Hansısa bir cümə günü axşamında siz çox sayda sifariş görəndə düşünün ki, bəlkə, mən, sadəcə olaraq, hamını çaşdırmaq üçün bütün sistemi pozuram", - deyə Heqset bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
oxu.az

1Mənbələr