AZ

Zelenski ABŞ-nin iyuladək müharibəni bitirmək planı ilə bağlı açıqlama verdi

BAKI, 25 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın iyulun 4-dək münaqişəni başa çatdırmaq planlarından məlumatı olmadığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna lideri mətbuat konfransında danışıb.

Zelenski bildirib ki, ABŞ prezidentinin planından məlumatlı olmayıb, lakin bu fikirləri dəstəkləyir.

“Mən yalnız dəstəkləyə bilərəm, əgər bunu ABŞ prezidenti söyləyibsə”, – deyə o qeyd edib.

Seçilən
27
teleqraf.com

1Mənbələr