AZ

Norveç kralı İspaniyada infeksiya səbəbindən xəstəxanaya yerləşdirilib

BAKI, 25 fevral. TELEQRAF

Norveç kralı V Harald İspaniyanın Tenerife adasında istirahətdə olarkən infeksiya və susuzlaşma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə NRK telekanalı kral sarayının bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, 89 yaşlı monarxın vəziyyəti qənaətbəxşdir və o, infeksiya və dehidratasiya səbəbindən müalicə alır. Kralın şəxsi həkimi də Tenerife adasına yollanır. Saray fevralın 25-də vəziyyətlə bağlı əlavə məlumat veriləcəyini açıqlayıb.

Seçilən
32
teleqraf.com

1Mənbələr