AZ

Hatayda 6 mərtəbəli bina ÇÖKDÜ: Qadın və uşağın möcüzəvi xilası KAMERADA – VİDEO

Hatayda 6 mərtəbəli bina çöküb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Türkiyənin Hatay əyalətində ağır zədəli olan 6 mərtəbəli binanın qəfildən çökməsi anbaan qeydə alınıb.

Hadisə zamanı ərazidə olan qadın və uşağın canlarını qurtarmaq üçün qaçdıqları təşviş dolu anlar təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Videogörüntülərdə binanın böyük bir gurultu ilə aşağı uçduğu, həmin vaxt yaxınlıqdan keçən qadının uşağın əlindən tutaraq sürətlə uzaqlaşdığı görünür.

Saniyələr fərqi ilə dağıntılar altında qalmaqdan xilas olan şəxslər hadisə yerindən uzaqlaşmağı bacarıblar.

Binanın çökməsindən sonra ərazini toz dumanı bürüyüb. Hadisə nəticəsində ciddi xəsarət alanların olub-olmaması ilə bağlı yerli qurumlar tərəfindən araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
20
interpress.az

1Mənbələr