AZ

Daha bir estetik mərkəzdə QALMAQAL Eyni həkimdən 3 pasiyent şikayət etdi VİDEO

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qulağının yarısı kəsilib, üzü iflic olub, kəllə beyin travması alıb, 5 aydır şiddətli ağrılardan əziyyət çəkir.Bizim.Media xəbər verir ki, uğursuz estetik əməliyyatın qurbanı olduğunu iddia edən Gülnarə Həmidova deyir ki, tik-tok sosial sosial platformasında qarşısına çıxan "Beauty Derm" Estetik Mərkəzinə və özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimovaya müraciət edib.Üzgərmə əməliyyatı üçün  müraciət etdiyi klinikadan  evinə iflic vəziyyətində dönüb.O iddia edir ki, bu əməliyyat üçün "Beauty Derm" Estetik Mərkəzinə 2000 min manat pul ödəyib. İlk estetik əməliyyatdan sonra evə gələndə səhhəti qəflətən pisləşir. Evdə yıxılaraq huşunu itirdiyini iddia edən Gülnarə Həmidova Esmira İbrahimovaya zəng etsə də dəstəyi qaldıran olmur.

 

Əfsanə Yusifova və Fərqanə Xasməmmədova da iddia edir ki, dodağına vurulan süni gelin çıxarılması məqsədi ilə özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimovaya müraciət edib. Əməliyyatdan sonra hər iki pasiyentin dodaq nahiyyəsində əyilmə yaranıb, tikiş işlərinin çapığı ciddi iz qoyub.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
23
bizim.media

10Mənbələr