AZ

Pezeşkian İranın Müdafiə naziri ilə görüşdə Azərbaycandan danışdı

Turkstan.az saytına istinadən ain.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkianın Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşü olub.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, tərəflər ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Görüşün gündəliyinə müdafiə sahəsində əməkdaşlıq da daxil olmaqla, Ermənistan-İran əməkdaşlığının inkişaf etdirilməsi daxil olub.

Tərəflər ikitərəfli münasibətləri gücləndirmək niyyətlərini bir daha təsdiqləyib və Cənubi Qafqazda sabitliyin vacibliyini vurğulayıblar.

İran mediasının məlumatına görə, Prezident Məsud Pezeşkian Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasından məmnunluğunu ifadə edib.

O, bu prosesi təhlükəsizliyin möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafı istiqamətində müsbət addım kimi səciyyələndirib.

Pezeşkian İran İslam Respublikasının Tehran və İrəvan arasında "Hərtərəfli Strateji Tərəfdaşlıq Sənədi"ni yekunlaşdırmağa hazır olduğunu bildirib.

"Bizim qəti siyasətimiz regionda davamlı sülhü, sabitliyi və təhlükəsizliyi dəstəkləməkdir və biz heç bir şəkildə gərginlik axtarmırıq, çünki istənilən qeyri-sabitlik regiondakı bütün ölkələrin ziyanına olacaq", - İran Prezidenti vurğulayıb.

Fot

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
4
icma.az

5Mənbələr