AZ

Xorvatlar Dambrauskası “Sabah”dan qoparmaq istəyir “Hayduk”a dön, boss!”

Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskasdan ötrü darıxanlar var. Belə ki, litvalı mütəxəssisin “instaqram”da paylaşdığı postlara diqqəti cəlb edən şərhlər yazılıb. Maraqlıdı ki, şərhlərin çoxunu Dambrauskasın 3,5 il əvvəl ayrıldığı “Hayduk”un azarkeşləri yazıb. Halbuki litvalı bu komandanın “sükanı arxasında” heç bir il olmayıb - 2021-ci il noyabrın 2-dən 2022-ci il sentyabrın 12-nə qədər. “Hayduk”u cəmi 38 oyuna çıxaran Dambrauskas splitlilərə ölkə kubokunu qazandırıb. “Football-plus.az” xorvat azarkeşlərin şərhlərinin bir hissəsini təqdim edir.ivano.lukac: “Geri dön, cənab məşqçi”.notrealusermaybe: “Boss!”jalextreme2018: “Hayduk”a qayıt”.gabrielban09: “Hayduk”a dön, boss!”mravak24: “Xahiş edirəm, “Hayduk”a qayıt!”. nandoalvares2430-dən cavab: “Qayıtmaz. O özünü “Sabah”da yaxşı hiss edir”.damirzamir79-dan cavab: “Hə-hə, düz deyirsən! Lənətə gəlsin, 1-ci yerdədi. Əla yerdə dayanıb”.bobita.ivan: “Hayduk” tarixinin ən yaxşı baş məşqçisi. Çox sağ ol, Valdas!”MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
icma.az

2Mənbələr