AZ

"ABŞ-ın Körfəzə donanma göndərməsi təsadüfi deyil" - QHT sədri

İstənilən hakimiyyət daxilində fikir ayrılığı və komanda daxili müzakirələr normal haldır. Onun sözlərinə görə, son açıqlamalar konkret kəşfiyyat qənaətinə əsaslanır və təhlükəsizlik sahəsində mümkün boşluqlarla bağlı narahatlıqları əks etdirir.

QHT.az xəbər verir ki, bu fikirləri Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov ABŞ–İran gərginliyi fonunda yaranmış vəziyyəti AZTV Media-nın efirində şərh edən zaman bildirib. Hüquqşünas bildirib ki, ABŞ-ın Sakit okeanda bazalaşan Yeddinci operativ donanmasının Ərəbistan dənizi və Körfəz ətrafına dislokasiya olunması ciddi hərbi və maliyyə resursları tələb edən addımdır. Onun fikrincə, bu qədər böyük qüvvənin bölgəyə yerləşdirilməsindən sonra heç bir nəticə əldə etmədən geri çəkilmək Vaşinqton üçün siyasi məğlubiyyət kimi qiymətləndirilə bilər. Bu baxımdan, ABŞ-ın daha çox güc nümayişi və təzyiq vasitəsilə İranı müəyyən güzəştlərə, o cümlədən uranın zənginləşdirilməsindən və nüvə silahı istehsalından imtinaya məcbur etməyə çalışdığı görünür:

"On iki nəhəng gəmi, o cümlədən müasir atom aviadaşıyıcısı və onları müşayiət edən eskadraların bölgədə yerləşdirilməsi təsadüfi deyil. Üstəlik, qarşıdan gələn seçkilər vəziyyəti daha da həssas edir. ABŞ prezidentinin Konstitusiyaya əsasən müəyyən qoşun növlərindən istifadə etmək səlahiyyəti olsa da, rəsmi müharibə elan etmək hüququ Konqresə məxsusdur. Müharibə fazasına keçid üçün Konqresin qərarı tələb olunur. Onun sözlərinə görə, ABŞ-ın İranda genişmiqyaslı əməliyyat aparması Əfqanıstan və Vyetnam təcrübələrindən sonra üçüncü ağır ssenariyə çevrilə bilər və bu, arzuolunan deyil".

 

Pərvanə Fərhadqızı

Seçilən
12
qht.az

1Mənbələr