AZ

Kibercinayətkarlığa görə cəzalar sərtləşirVİDEO

Xocalı faciəsi dünyada baş verən bir çox soyqırımı hadisələrindən öz qəddarlığı və amansızlığı ilə seçilir.

Bu fikirlər Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirilib. Bildirilib ki, bu gün həm də təsəllimiz odur ki, bu cinayətləri törədənlərin bir qismi artıq cəzasını alıb, digər bir qismi da alacaq.

Qeyd edilib ki, işğaldan azad olunan bütün yaşayış məntəqələri kimi, Xocalı da yenidən qurulur və inkişaf edir. Xocalı şəhəri və 7 kənd daxil olmaqla, rayonda artıq 4 mindən çox sakin məskunlaşıb.

Plenar iclasda gündəlikdəki məsələlərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev kibercinayətkarlıqla bağlı cəzaların sərtləşdirilməsini təklif edib.

Təbii Ehtiyatlar, Energetika və Ekologiya komitəsinin sədri Sadiq Qurbanov bir sıra su anbarlarının tutumunun azaldığına diqqət çəkib.

Deputat bildirib ki, bu çöküntülərin təmizlənməsi nəticəsində tikinti və infrastruktur layihələrində istifadə oluna biləcək 12,8 milyon kubmetr çınqıl və qum materialı əldə etmək mümkündür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
7
xezerxeber.az

1Mənbələr