AZ

“Monako”ya qarşı oynamaya bilər

Çemionlar Liqasının pley-off mərhələsinin “Monako” ilə ilk oyununda zədələnən Usman Dembelenin vəziyyəti ürəkaçan deyil.

"Football-plus.az" xəbər verir ki, PSJ-nin vingeri hələ də baldır əzələsində narahatlıq hiss edir. O, bu səbəbdən bir neçə gün fərdi proqram əsasında məşq edəcək. Fransa çempionatının “Mets” ilə oyununu buraxan Usmanın ÇL-də “Monako”ya qarşı cavab oyununu buraxmaq ehtimalı çoxdu.

Yeri gəlmişkən, o, bu mövsüm PSJ-nin formasında meydana çıxdığı 25 oyunda 11 qolun və 7 məhsuldar ötürmənin müəllifi olub.

Seçilən
14
1
football-plus.az

2Mənbələr