Ermənistanda bir vəkil Nubaraşen İslah Müəssisəsinə şprislə narkotik maddə keçirməyə cəhd etdiyinə görə saxlanılıb.
Bu barədə Ermənistan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumat yayıb.
Hadisə 21 fevralda baş verib.
Vəkil məhkumlarla görüşmək üçün islah müəssisəsinə gəldikdən sonra çantasından 10 ml-lik şəffaf şpris tapılıb. Şprisin içində narkotik maddəyə bənzəyən tünd qəhvəyi rəngli toz maddə (çəkisi 8,44 q) olub