Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ğzbəkistan və Belarus 2030-cu ilə qədər əməkdaşlıq üçün "yol xəritəsi" hazırlayacaqşNewscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, sözügedən məsələ Daşkənddə Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev və Belarus sənaye nazirinin müavini Denis Bakey arasında görüşdə müzakirə edilib.Görüşdə sənaye əməkdaşlığının dərinləşdirilməsini də müzakirə ediblər. Tərəflər birgə layihələrin həyata keçirilməsini nəzərdən keçiriblər. Quşçuluq, kənd təsərrüfatı texnikasının yığılması və kabel məhsullarının istehsalı prioritet sahələr kimi qeyd edilib.Eyni zamanda, birgə müəssisələrin fəaliyyətinin genişləndirilməsi və ikitərəfli investisiya əməkdaşlığının gücləndirilməsi perspektivləri müzakirə edilib.Hazırda Özbəkistanda Belarus kapitalı ilə 244 müəssisə, Belarusda isə Özbəkistan kapitalı ilə 229 müəssisə fəaliyyət göstərir.Anar
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.