AZ

Müharibə istəmirik, amma... İRAN

Hurriyyet saytına istinadən ain.az xəbər verir.

İran ABŞ-la müharibə istəmədiyini, lakin hücum olacağı təqdirdə sərt cavab verəcəyini bəyan edib.

Modern.az xəbər verir ki, bu barədə İranın müdafiə naziri Əziz Nəsirzadə erməni həmkarı Suren Papikyan ilə görüşdə bildirib.

O qeyd edib ki, rəsmi Tehran müharibə axtarmır, amma qarşıdurma zorla tətbiq edilərsə, ölkə bütün gücü ilə özünü müdafiə edəcək və “düşmənlərə yaddaşlardan silinməyəcək dərs verəcək”.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranı razılaşmaya çağırıb, əks halda “pis nəticələr” barədə xəbərdarlıq edib.

İran hökumətinin sözçüsü Fatimə Məhacirani isə Tehranın müharibəyə yox, diplomatiyaya üstünlük verdiyini vurğulayıb.

ABŞ mümkün hərbi əməliyyat fonunda Yaxın Şərq və Avropadakı bazalara 150-dən çox döyüş təyyarəsi yerləşdirib. Nəşr ABŞ-ın bölgədəki hazırkı hərbi mövcudluğunu 2003-cü il İraq müharibəsindən bəri ən genişmiqyaslı yerləşdirmələrdən biri kimi qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
hurriyyet.az

1Mənbələr