AZ

Pakistanda polis maşınına hücum: 6 zabit həlak olub

Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətinin Kohat rayonunda naməlum şəxslər polis maşınına atəş açıblar.

Ölkə.Az xəbər verir ki, bu barədə Pakistanın "Dawn" qəzeti hüquq-mühafizə orqanlarının mənbələrinə istinadən məlumat verib. Hüquq-mühafizə orqanlarının mənbələrinə görə, polis rəisinin müavini də daxil olmaqla altı polis əməkdaşı həlak olub.

Hücuma məruz qalan avtomobildə məhkəməyə aparılan iki nəfər də olub. Onlardan biri ölüb. Pusqudan sonra hücum edənlər avtomobili yandırıblar. Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb və araşdırma başlanıb.

Əfqanıstanla sərhəddə yerləşən Xayber Paxtunxva qeyri-sabitdir, tez-tez terror hücumları və silahlı qruplar arasında toqquşmalar baş verir. Tədqiqat və Təhlükəsizlik Mərkəzi (CRSS) tərəfindən hazırlanan illik təhlükəsizlik hesabatına görə, əyalətdə ötən il zorakılıq halları əhəmiyyətli dərəcədə artıb və ölənlərin sayı 2024-cü ildəki 1620 nəfərdən 2025-ci ildə 2331 nəfərə yüksəlib.

Seçilən
17
olke.az

1Mənbələr