AZ

Danimarka humanitar yardım olaraq Ukraynaya 30 milyon dollar ayırıb

Bakı. Trend:

Danimarka hökuməti əlavə humanitar yardım qismində Ukraynaya 190milyon kron (30 milyon ABŞ dolları) ayırıb.

Trend xarici KİV-əisitinadən xəbər verir ki, bu haqda krallığın Xarici İşlərNazirliyi məlumat yayıb.

Ölkənin xarici işlər naziri Lars Lyökke Rasmussenin sözlərinəgörə, həmin vəsait Ukrayna hökumətinin ölkədə yaşanan kəskinhumanitar vəziyyətin öhdəsindən gəlməsinə və uzunmüddətliperspektivdə dəstəyin təmin olunmasına imkan verəcək.

Həmin vəsaitin Danimarkanın xeyriyyə təşkillatları vasitəsiləBMT-nin Ukraynadakı Humanitar Fonduna, BMT-nin Qaçqınlar üzrə Alikomissarlığının yerli idarəsinə, UNİCEF və Beynəlxalq Qırmızı XaçKomitəsinə köçürüləcəyi bildirilir.

Qeyd edək ki, 2022-ci ilin fevralından bəri Danimarka Ukraynayaümumilikdə 205 milyon dollar humanitar və 11,19 milyard dollarhərbi yardım göstərib.

Məqalədə:
Seçilən
12
1
az.trend.az

2Mənbələr