AZ

Ramazan ayının yeddinci günü: İmsak və iftar vaxtı, günün duası

BAKI, 24 fevral. TELEQRAF

Fevralın 25-i Ramazan ayının yeddinci günüdür.

Teleqraf xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı Ramazan ayının təqviminə əsasən, Bakıda imsak vaxtı saat 05:56, iftar vaxtı isə saat 18:41-dir.

Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr:

Ağdam-Bərdə-Füzuli-Oğuz-Qax-Mingəçevir-Yevlax +11, Ağdaş-Ağcabədi-Beyləqan +10, Ağstafa-Babək-Culfa +18, Astara-Salyan-Şirvan-Qusar-Şabran-Xaçmaz +4, Ağdərə-Balakən-Qubadlı-Xankəndi-Xocalı-Xocavənd-Şuşa +13, Cəlilabad-Saatlı-Sabirabad-Kürdəmir-Şamaxı-İsmayıllı +6, Gəncə-Göygöl-Laçın +14, İmişli-Lerik +7, Kəlbəcər-Daşkəsən-Şəmkir-Zaqatala-Zəngilan +15, Qazax +19, Qəbələ-Göyçay-Ucar-Yardımlı +8, Lənkəran-Masallı-Biləsuvar-Quba +5, Naxçıvan-Şahbuz-Şərur +18, Neftçala-Siyəzən-Qobustan +3, Sumqayıt +1, Şəki-Tərtər-Göranboy-Cəbrayıl +12, Tovuz-Gədəbəy-Ordubad +16, Zərdab +9

Ramazan ayının yeddinci gününün duası:

Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin.

Tərcüməsi:

İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv ıə nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi!

İftardan qabaq oxunan dua:

İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət Sahibi, günahlarımı bağışla!

Qeyd edək ki, müsəlmanların müqəddəs ayının Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə düşür.

Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda Ramazan bayramı martın 20, 21-i qeyd olunacaq.

Seçilən
1
7
teleqraf.com

10Mənbələr